‘Prezidentə dedim ki, əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi’

‘Prezidentə dedim ki, əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi’
İDMAN
00:37 27.06.2015
3248

“Cənab prezident İlham Əliyev qızıl medalı mənə təqdim edəndə ona dedim ki, əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi”.

Bunu apasport.az saytına Azərbaycanın paracüdo yığmasının üzvü İlham Zəkiyev deyib.

I Avropa Oyunlarında +90 kq çəki dərəcəsində mübarizə aparan Zəkiyev qızıl medal uğrunda görüşdə Ukrayna təmsilçisi Aleksandr Pominov üzərində qələbə qazanıb. O bildirib ki, ipponla qələbələri I Avropa Oyunlarına çox ciddi hazırlaşmağının nəticəsidi: “Mən bu məsuliyyəti dərk edirdim. Xırda zədələr olsa da, şükürlər olsun ki, qələbə qazanmağıma mane olmadı. Bütün Azərbaycan bu qızılı məndən gözləyirdi. I Avropa Oyunlarında cənab prezident İlham Əliyev və Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tərəfindən mənə xüsusi missiya tapşırılmışdı. Açılış mərasimində məşəli alovlandırdım. Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, mən iyunun 26-da Silahlı Qüvvələr günündə qızıl medal qazancam. Ali Baş Komandana medal söz vermişdim. Bu qızıl medalı cənab prezidentə, Azərbaycana xalqına həsr edirəm. Bir də ki, oğlum Həmzənin 2 yaşı tamam olur. Atası tərəfindən bu medal ona ən böyük hədiyyədi”.

Zəkiyevin sözlərinə görə, finalda qarşılaşdığı Ukrayna təmsilçisi ilə iki il əvvəl Avropa çempionatının komanda yarışında üz-üzə gəlib: “Həmin vaxt hər komandada 5 cüdoçu mübarizə aparırdı. 2 idmançımız qalib gəlib, eyni sayda təmsilçimiz uduzmuşdu. Onunla qarşılaşdım, görüşümüz iki dəqiqə çəkmədi. Uddum onu və o, mənə dedi ki, məşq edib sənə qalib gələcəm. Mən də cavab verdim ki, get, məşq elə. Dünən tərəziyə çıxanda qolundan tutub dedim ki, məşq etmisən məni məğlub etməyə?! O da dedi ki, İlham, səni yenməl olar?”

Zəkiyev Qarabağa vuruşduğuna görə fəxr etdiyini qeyd edib: “Mən öz yaramdan utanmıram. Gözlərimin nurunu Azərbaycan torpaqlarının müdafiəsi uğrunda itirdiyimə görə fəxr edirəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi