Prezidenti İlham Əliyev FIFA U-17-nin final oyununu izləyib - FOTOLAR
İDMAN
11:14 14.10.2012
1240
Oktyabrın 13-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin final oyunu keçirilib. Finalda Fransanın və Koreya Xalq Demokratik Respublikasının komandaları qarşılaşıblar.Qeyd edək ki, final qarşılaşmasına Azərbaycan Prezidenti İlham Əliyev də baxıb.Avropa Futbol Federasiyaları Assosiasiyasının prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera, beynəlxalq və milli futbol qurumlarının rəhbərləri də final oyununu izləyiblər.Mundialın qalibi isə Fransa komandası olub.Xatırladaq ki, həlledici oyunun əsas hissəsi komandaların bərabərliyi (1:1) ilə başa çatıb. Oyundan sonrakı penalti zərbələrini daha dəqiq yerinə yetirən (7:6) Fransa futbolçuları “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin kubokuna sahib olublar.