Prezidenti İlham Əliyev kralın ölümünə görə başsağlığı verdi
MAQAZİN
09:20 18.06.2012
2010
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda qardaşı Vəliəhd Nayif bin Əbdüləziz Al Səudun vəfatı ilə bağlı başsağlığı məktubu göndərib.AZXEBER.COM-un məlumatına görə, məktubda deyilir: “Əlahəzrət, əziz qardaşım, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini və daxili işlər naziri, görkəmli dövlət xadimi, qardaşınız Nayif bin Əbdüləziz Al Səudun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, bütün ailənizə, qardaş Səudiyyə Ərəbistanı xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.