Səbuhi Abbasov: “Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı müstəqilliyimizin Avropaya təntənəli nümayişi idi”
"Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı əslində güclü bir dövlətin mövcudluğunun, müstəqilliyinin təntənəli nümayişi idi.”-bunu AZXEBER.COM-a açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.
S.Abbasov bildirib ki, Prezident İlhamƏliyev çıxışında ölkədə, eləcə də dünyada gedən proseslərlə bağlı dəyərli olduqca aktual, strateji məqamlara toxunub: “Azərbaycan bu gün bir sıra AvropaŞurasına daxil olan ölkələr kimi datasiya ilə yaşamır.
Prezidentin çıxışı bizim nə qədər müstəqil, azad və demokratik bir cəmiyyətdə yaşadığımızın Avropaya əyani sübutu oldu. Çıxışında, eyni zamanda, Prezident idarəçilikdə, apardığı strateji siyasi kursda yalnız Azərbaycan xalqına arxalandığını bəyan etdi. Azərbaycan anneksiyadan, zorakılıqdan uzaq və dünyada sivilizasiyalararası dialoqa evsahibliyi edən ölkədir. Düşünürəm Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı gənclər üçün stimul olacaq və bu stimul bilavasitə gənclərin ictimai-siyasi fəaliyyətində prioritet olaraq qalacaqdır”