Prezidenti tənqid edən tanınmış jurnalist xəstəxanada öldü

DÜNYA
00:25 14.07.2014
1261

Bu gün səhər saatlarında Moskvanın 13 saylı şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin reanimasiya bölməsində məşhur hüquq müdafiəçisi dünyasını dəyişib.

Demokratik İttifaq Partiyasının yaradıcı olan 65 yaşlı Valeriya Novodvorskaya müstəqil jurnalistlik fəaliyyəti ilə məşğul idi. “AzerFax”(AFA) “Exo Moskva” radiosuna istinadən xəbər verir ki, xanım Novodvorskaya ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həkimlər ona yolxucu toksiki şok diaqnozu qoyublar. Bu barədə “Exo Moskva”ya danışan şəhər merinin müavini Leonid Peçatnikov bildirib ki, həkimlər mərhumun həmin diaqnozdan öldüyünü deyiblər. Valeriya Novodvorskaya kimdir Valeriya Novodvorskaya 1970-72-ci illərdə “sovet cəllad psixiatiriyası”nın tanınmış qurbanlarından biri kimi, məcburi müalicəyə cəlb edilib. 1980-ci illərdə onu dissident fəaliyyətinə görə 3 dəfə mühakimə ediblər. Sovet İttifaqı dağılandan sonra Valeriya Novodvorskaya müxalif fəaliyyətini davam etdirib. Novodvorskaya indiki siyasi rejimə qarşı ardıcıl tənqidi çıxışları ilə tanınırdı. O, bir ay öncə “Snob”un səhifələrində Rusiya Günü ilə bağlı fikirlərini yazıb: - Rusiya daha yoxdu - arzu qanad açdı, gülümsədi və uçub getdi. Biz qoca, cinayətlərində sümükləşmiş Sovet İttifaqı ilə üz-üzəyik. Krımda baş verənlərdən sonra bu, bir daha aydın oldu. Putinin gəlişi ilə Yeltsin erası ömürlük bitdi. Volqoqradı Stalinqrad adlandırmaq niyyətindən çıxış edənlərə nəzərən deyə bilərəm ki, bizdə nəinki yenidənqurma və Yeltsin demokratiyası olub, bizdə heç Xuruşov dövrü də olmayıb. Ümumiyyətlə Stalinlə indiki gün arasında heç nə olmayıb. Təəccüblənirəm ki, nə yaxşı Yeltsinin meyitini torpaqdan çıxarıb oda atmayıblar. Necəki Pyoturun vaxtında rəqiblərin meyitini yandırıblar. Bizdə Rusiya imperiyası da yoxdu. Hansıki xalqların türməsi olsa da konslager və pislik imperiyası deyildi. Bu gün bizdə pislik imperiyasıdı. Putinin reytinqinə nəzər salanda isə məlim olur ki, xalq bu imperiyadan razıdır. 

OXŞAR XƏBƏRLƏR