"Prezidentimiz MDB dövlət başçılarını yeni reallıqlar ilə tanış etdi"

"Prezidentimiz MDB dövlət başçılarını yeni reallıqlar ilə tanış etdi"
SİYASƏT
10:45 19.10.2021
866
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.

Azərbaycan torpaqlarını Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində və qətiyyətli rəhbərliyi altında silahlı qüvvələrimiz Ermənistanın işğalından azad etməsi ilə həm BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilib, həm "Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin tənzimlənməsi prosesində müzakirə edilən baza prinsipləri öz həllini tapıb, həm də Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış əraziləri üzərində suveren hüquqları bərpa edilib.

Bu isə cənab Prezidentin qeyd etdiyi kimi, münaqişənin başa çatması, regionda yeni reallıqların, yeni perspektivlərin yaranması deməkdir. "Dağlıq Qarabağ münaqişəsi” artıq keçmişdə qalıb. Biz isə gələcəyə baxırıq.

İkinci Qarabağ müharibəsi Ermənistan, Azərbaycan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla sona çatıb. Bu sənəd müharibəni dayandırmaqla yanaşı, Yerevanla Bakı arasında ciddi problemlərin həllinin təməlini də qoyub. Buraya bir zamanlar işğal altında olmuş ərazilərin (Ağdam, Kəlbəcər və Laçın) azad edilməsi, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyaların açılması da daxildir. Bu Bəyanat münaqişəyə nöqtə qoymuş bir sənəddir.

"Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək” bu fikirləri möhtərəm Prezidentimiz cənab İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı zamanı deyib.

Dövlətimizin başçısı həmçinin vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

İranın işğal dövründə bu və ya digər formada Qarabağın talan edilməsində iştirak etməsinin rəsmi səviyyədə bəyan olunması müsbət haldır. İrana göstərildi ki, hamı rəsmi Tehranın əsil simasından xəbərdardır. 1993-cü ilin avqustunda Cəbrayıl və Füzuli rayonları işğal edildi. Ancaq bu rayonların İranla sərhəd olan Arazboyu əraziləri bizim nəzarətimizdə idi. Erməni işğalçıları iki ay sonra həmin əraziləri və Zəngilan rayonunu işğal edərək İranla olan sərhəddə çıxdılar. İranın razılığı olmasaydı Ermənistan Arazboyu əraziləri işğal etməyə cəsarət etməzdi. Bunun üçün sadəcə bir balaca o vaxt İranın etiraz etməsi lazım idi. O vaxt İran nəinki buna etiraz etdi, əksinə Ermənistanın hərbi texnikasının yanacaqla təmin olunmasına yardım etdi. İran tərəfi işğal edilmiş yaşayış məntəqələrinin talan edilməsində, nəzarətsiz qalan sərhədlərdən öz çirkin məqsədləri üçün istifadə edilməsində fəal iştirak etdi.

Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Naftalan şəhər sakini Elyar Cəfərov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
12:51 25.05.2025
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
Sabah hava necə olacaq?
12:44 25.05.2025
Sabah hava necə olacaq?
Elvin "Şah və mat"ını təqdim etdi - VİDEO
12:42 25.05.2025
Elvin "Şah və mat"ını təqdim etdi - VİDEO