Prezidentin ailəsi gül bayramında - FOTOLAR

Prezidentin ailəsi gül bayramında -  FOTOLAR
SİYASƏT
20:16 10.05.2013
5736

Xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının “azeri” adını verməyi qərara alınıb. Prezident İlham Əliyev Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə paytaxtda təşkil edilən Gül bayramında iştirak edib. AZXEBER.COM AzerTac-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı və ailə üzvləri Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov İlham Əliyevə məlumat verib və bildirib ki, paytaxt sakinlərinin və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli gül bağına çevrilib. Bildirilib ki, builki Gül bayramı daha bir hadisə ilə yadda qalacaq. Belə ki, “DufoA” adlı Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının “azeri” adını verməyi qərara alıb. Bununla bağlı bu gün Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilib. Sənədi Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və “DufoA” Assosiasiyasının prezidenti Marion van der Veqt imzalayıblar. Xrizantem gülünün bu növünün yetişdirilməsi üçün beş il vaxt tələb olunur. Beləliklə də, dünyada xalqın adının verildiyi yeganə gül də həyata vəsiqə alıb. Dövlət başçısı və xanımı daha sonra Gül bayramında iştirak edən uşaqlarla səmimi söhbət ediblər, xatirə şəkli çəkdiriblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb