Prezidentin Aşqabadda rəsmi qarşılanma mərasimi olub

Prezidentin Aşqabadda rəsmi qarşılanma mərasimi olub
Siyasət
10:37 22.11.2018
4742
Prezident İlham Əliyevin bu gün Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov prezident İlham Əliyevi qarşılayıb. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
OXŞAR XƏBƏRLƏR