"Avropa İttifaqı, BMT və Dünya Bankının birgə "Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr apardıq".
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.
"İşğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhra missiyası həyata keçirilib. Azərbaycan Hökumətinin münaqişədən sonrakı yenidənqurma gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir", - H.Hacıyev qeyd edib.
We had fruitful discussion w/ EU, UN and World Bank joint "Recovery and Peacebuilding Assessment" team. Field mission conducted in liberated Agdam, Fuzuli and Jabrayil regions. Support of int-l community to efforts of AzerbaijanGov postconflict reconstruction agenda is important. pic.twitter.com/8WjCNXbo5y
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 16, 2022