Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdü - FOTO

ÖZƏL
11:15 19.06.2020
1846
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə Heydər Əliyev Mərkəzində qeyri-rəsmi şəraitdə görüş keçirib.
 
AZXEBER.COM xəbər verir ki, görüşdə media nümayəndələrindən başqa TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında operativ qərargahın tibbi eksperti Rəşad Mahmudov da iştirak edib. 

Görüşdə pandemiya dövründə görülən işlərin və operativ qərargahın verdiyi qərarların cəmiyyət tərəfindən necə qarşılanması, eləcə də bu qərarların KİV tərəfindən necə işıqlandırılması kimi məsələlər müzakirə olunub. 

Qeyd olunub ki, bəzi hallarda KİV-lər hər hansı bir xəbəri dəqiqləşdirmədən və ya yanlış başlıqla mediaya verməklə cəmiyyətdə çaşqınlıq yarada bilir. Bu da pandemiya dövründə dövlət strukturları ilə xalq arasında anlaşılmazlıq yaradır. 

Görüşdə dövlət və hökumət üçün ilk növbədə vətəndaşın təhlükəsizliyi və sağlamlığının vacibliyi bir daha vurğulanıb. Bildirilib ki, bütün iqtisadi çətinliklərə baxmayaraq, dövlət xalqın yanındadır və bu çətinlikdən biz həmrəylik göstərərək qurtula bilərik. 

Müzakirə zamanı media nümayəndələrinin təklifləri dinlənilib və Anar Ələkbərov bildirib ki, bu kimi görüşlər mütəmadi olacaq. 

Bu görüşlə dövlət bir daha media nümayəndələrinə açıq, təklif və şikayətləri dinləməyə, dialoqa getməyə hazır olduğunu nümayiş etdirib. Bu çətin dövrdə pandemiya ilə mübarizə aparan ölkə kimi birlik nümayiş etdirməyin vacib məqam olduğu qeyd edilib. Eləcə də, KİV və dövlət qurumları daha operativ əməkdaşlıq edərək problemlərin həllinə nail olacaqlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:21 11.07.2020

Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO

15:03 11.07.2020

Prezident icra başçısını işdən çıxardı

14:49 11.07.2020

"Kaş yanımda olardın səni qoxlayardım" - Qızı Xanım Qafarovanı andı - FOTO

14:41 11.07.2020

"Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur"

14:24 11.07.2020

Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq

14:07 11.07.2020

Bakıda eşidilməyən səs, tapılmayan çarə: Üfunət qoxulu yollardan keçmək macəraya çevrilib - VİDEOREPORTAJ

13:44 11.07.2020

35 dərəcəyədək isti olacaq - HAVA PROQNOZU

13:38 11.07.2020

Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi

13:33 11.07.2020

Vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə aparılan deputatdan xəbər var

13:01 11.07.2020

Millimizin yeni baş məşqçisi: "Azərbaycana pul üçün gəlmirəm"

12:56 11.07.2020

Daha bir jurnalist koronavirusdan sağaldı

12:47 11.07.2020

Azərbaycanda dəhşətli qətl: İki qardaş əmilərini baltaladı

12:37 11.07.2020

Gələn həftədən Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

12:12 11.07.2020

Nizami rayonundakı parkda qanunsuz tikilən restoran söküldü - FOTO - VİDEO

11:59 11.07.2020

Kürdə batan daha bir nəfərin meyiti tapıldı

11:43 11.07.2020

Türkiyənin Antalya şəhərinə turist axını başlayıb