Prezidentin köməkçisi ATƏT-in media azadlığı üzrə nümayəndəsinə cavab verdi

Prezidentin köməkçisi ATƏT-in media azadlığı üzrə nümayəndəsinə cavab verdi
Seçki2024
14:46 13.02.2020
2162

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezirin Azərbaycanda jurnalistlərə qarşı zorakılığın baş verməsi ilə bağlı bəyanatına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, H.Hacıyev AZƏRTAC-a açıqlamasında Harlem Dezirin davamlı şəkildə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən bir şəxs olduğunu deyib. 

Prezidentin köməkçisi vurğulayıb ki, ATƏT rəsmisi Azərbaycanda baş verən hadisələri qəsdən şişirdir və siyasiləşdirir: "Harlem Dezirin məsələləri öyrənmədən, tələm-tələsik reaksiyası onun Azərbaycana olan aşkar qərəzini göstərir. Lakin "insan haqları uğrunda cəfakeş" Harlem Dezir nədənsə Ermənistanda insan hüquqlarının pozulması, təqib və həbslərə göz yumur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları "asfalta uzatmaqla" hədələyir. Ermənistanda jurnalistlər həbs və təqib olunur. Keçən il müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdi. Lap bu yaxınlarda "VETO" hərəkatından olan müxalif bloqqer Narek Malyan qanunsuz silah saxlanması ittihamı ilə saxlanılıb.

Satik Seyranyan, Armen Tavadyan və digər şəxslərlə bağlı vəziyyəti qeyd etmək olar. Lakin biz Harlem Dezirin bu məsələlərə dair heç bir reaksiyasının şahidi olmuruq. Görünür, Harlem Dezir insan hüquqlarına münasibətini siyasi coğrafiyaya görə müəyyən edir. Prosedurlara uyğun olaraq bu ilin iyun ayında ATƏT-də onun mandatının uzadılıb-uzadılmaması məsələsinə baxılacaq. Harlem Dezirin vəzifəsindən sui-istifadə etməsi, məsələləri lüzumsuz yerə hədsiz dərəcədə şişirtməsi və siyasiləşdirməsi nəzərə alınaraq, bu gedişlə onun mandatının uzadılması ilə bağlı Azərbaycan tərəfinin fərqli fikri olacaq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər