Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb

Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb
SOSİAL
20:01 30.06.2020
979

"Dağıstanda saxlanılan vətəndaşlarla əlaqədar onu qeyd etmək istərdim ki, digər ölkələrin ərazisində olan vətəndaşlar həmin ölkənin qayda-qanunlarına riayət etməlidir".

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Hər hansı bir zorakı xarakter daşıyan addımlardan da çəkinmək çox vacib xarakter daşıyır. Saxlanılan vətəndaşlarla bağlı Azərbaycanın aidiyyəti strukturları Rusiyanın hüquq-mühafizə orqanları ilə təmasdadırlar", - H.Hacıyev bildirib.

OXŞAR XƏBƏRLƏR