Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama

Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
KRİMİNAL
17:06 22.07.2026
124
Xəbər verdiyimiz kimi,  "Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin edib.
Məhkəmə Arzumun 4 övladı olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla Arzum ev dustaqlığına buraxılıb.
Ona ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək. 

Bəs ev dustaqlığına buraxılan şəxslərə hansı məhdudiyyətlər tətbiq olunur? Sosial şəbəkələrdən istifadə hansı hallarda qadağan edilə bilər?

Vəkil Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında deyib ki, ev dustaqlığında olan hər bir şəxs üçün sosial şəbəkələrdən istifadə qanunla birbaşa qadağan edilmir:

"Birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılarkən apellyasiya instansiyası məhkəməsi qətimkan tədbirinin dəyişdirilməsi məsələsini də həll etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsinə əsasən ev dustaqlığı şəxsin cəmiyyətdən tam təcrid edilmədən, lakin məhkəmə tərəfindən müəyyən edilmiş məhdudiyyətlər əsasında tətbiq edilən qətimkan tədbiridir. Həmin maddənin 163.3 və 163.3-1-ci bəndlərində ev dustaqlığında olan şəxsin üzərinə qoyula biləcək vəzifələr sadalanmışdır. Lakin həmin normalarda sosial şəbəkələrdən istifadənin ümumi və avtomatik qaydada qadağan edilməsi nəzərdə tutulmamışdır. Deməli, ev dustaqlığında olan hər bir şəxs üçün sosial şəbəkələrdən istifadə qanunla birbaşa qadağan edilmir”.

O qeyd edib ki, sosial şəbəkədən istifadə qanundan irəli gələn ümumi qadağa hesab edilə bilməz:

"Bununla yanaşı, CPM-in 163.3-1.4 və 163.3-1.5-ci maddələrinə əsasən məhkəmə işin konkret halları, ittihamın xarakteri, cinayətin törədilmə üsulu və cinayət mühakimə icraatının maraqları nəzərə alınmaqla müəyyən şəxslərlə ünsiyyətin qadağan edilməsi və ya təqsirləndirilən şəxsin lazımi davranışını təmin edən digər əlavə məhdudiyyətlər müəyyən edə bilər. Buna görə də, əgər cinayət işi öz xarakterinə görə sosial şəbəkələrdən istifadə etməklə törədilmişdirsə, yaxud sosial şəbəkələrdən istifadə şahidlərə, zərərçəkmişə və ya digər iştirakçılara təsir göstərilməsi, sübutların gizlədilməsi və ya cinayət prosesinə maneə yaradılması riski yaradırsa, məhkəmə əsaslandırılmış qərarla belə istifadəyə məhdudiyyət qoya bilər. Lakin belə qadağa yalnız məhkəmənin konkret qərarında nəzərdə tutulduğu halda tətbiq edilir və qanundan irəli gələn ümumi qadağa hesab edilə bilməz”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib