Prezidentin köməkçisi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Prezidentin köməkçisi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
SOSİAL
11:29 15.08.2020
2132
"Mömin insanların inanclarına çox hörmətlə yanaşırıq”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq qarşıdan gələn Məhərəm ayı ilə bağlı keçiriləcək dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik. Biz vətəndaşlarımızın və inanclı şəxslərin müəyyən olunan qaydalara riayət edəcəyini gözləyirik”, - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR