Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə getdi - FOTO

Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə getdi - FOTO
Siyasət
16:43 04.05.2021
604
2021-ci ilin 3-4 may tarixlərində Azər­baycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sər­həd Xid­mətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qo­şun­ları­nın "Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib ki, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və iş­ğal­ altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azər­baycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­ıb, son müddətdə bu ərazilərdə artıq 10 yeni hərbi hissənin fəaliyyətə başlamasının böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

26 aprel tarixində Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xid­mətinin yeni inşa olunmuş hərbi hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Müzəffər Ali Baş Ko­mandanı İlham Əliyevin sərhədçilər qarşısında çıxışından irəli gələn məsələlərin qısa müddətdə həll olunmasının vacibliyi vurğulanıb, Azərbaycan sərhədçilərinin bu tapşırıqların da öhdəsindən layiqincə gələ­cəklərinə əminlik ifadə olunub.

Ezamiyyət müddətində əlahiddə sərhəd divi­zi­yasının xidməti ərazi­sin­də dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili lstiqamətində həyata keçirilən fəa­liyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası­, sərhəd yol­larının çəkil­məsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhədçilərlə görüşül­üb, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­ri ilə tanış olunub.

Əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilib, vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilib, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsinin, dövlət sər­hədi­nin to­­xunul­maz­lığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsinin vacibliyi xüsusi qeyd olunub.

Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zən­gilan rayonu ərazisində "Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliy­yə­tinin təşkili, döv­lət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəl­dil­məsi üçün görülən işlərlə yerindəcə tanış olunub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilib, zəruri tapşı­rıq və tövsiyələr verilib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərə klubu avtoqəza keçirən futbolçusu ilə yolları ayırıb
19:49 07.08.2025
İngiltərə klubu avtoqəza keçirən futbolçusu ilə yolları ayırıb
"Təzəpirin ətrafı yenidən qurulacaq, süni göl yaradılacaq"
19:26 07.08.2025
"Təzəpirin ətrafı yenidən qurulacaq, süni göl yaradılacaq"
Qanada üç günlük matəm elan edilib
19:16 07.08.2025
Qanada üç günlük matəm elan edilib
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
18:59 07.08.2025
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
17:36 07.08.2025
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək