Prezidentin köməkçisi yazdı: "Radikal müxalifətin ikinci oktyabr faciəsi"

Prezidentin köməkçisi yazdı: "Radikal müxalifətin ikinci oktyabr faciəsi"
SİYASƏT
18:03 19.10.2019
16193

Əli Həsənov,
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri , tarix elmləri doktoru, professor,

Radikal müxalifətin ikinci oktyabr iflası

"Bu gün Azərbaycanda iqtidarının bütün prosesləri nəzarət altında saxladığı və hökumətin iradəsindən kənar hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyü bir daha öz təsdiqini tapdı”

Hörmətli oxucularım, yəqin ki, 2003-cü ildə Azərbaycanda keçirilən növbəti prezident seçkilərindən sonra İlham Əliyevin möhtəşəm qələbəsi ilə barışmayan radikal müxalifətin şəhərin mərkəzi küçələrində törətdiyi dağıntжları, meydanları əsl döyüş səhnəsinə çevirmək cəhdlərini yaxşı xatırlayır. O zaman qanun keşikçilərinin həyata keçirdiyi ciddi tədbirlər və öz səsini qorumağa qalxan vətəndaşların dəstəyi ilə bütün anti-demokratik hərəkətləкin qarşısı alındı, təşkilatçılar qanun qarşısında cavab verdi və radikal ovqatlı müxalif düşərgə ciddi iflasa uğradı. O hadisədən 16 il keçsə də, nə bəhs etdiyimiz həmin radikal müxalifətin siması, nə də ki, onların təşkil etdiyi aksiyaların xarakteri qətiyyən dəyişməyib.

Bəllidir ki, Bakı Şəhər İcra Hakimiyyəti "milli şura” adlanan bu antidövlət qurumunun və AXCP-nin oktyabrın 19-da mitinq keçirmək haqqındakı müraciətinə razılıq verdi və müvafiq olaraq yer ayırdı. Təəssüf ki, təşkilatçılar icazəli mitinqdən imtina edərək, qarşıdurma yolu tutdular və şəhərin mərkəzində ictimai asayişi pozmağa cəhd göstərdilər. Onların belə destruktiv hərəkətlərinin nəticəsi olaraq, bu gün bir neçə saat ərzində şəhərin mərkəzi hissəsində əhalinin sabit və ritmik həyatı, nəqliyyatın hərəkəti, insanların rahatlığı pozuldu. Bircə onu qeyd etmək yerinə düşər ki, Bakı Nəqliyyat Agentliyi 14 marşrutun istiqamətini dəyişdirməyə məcbur oldu ki, bu da təxminən 200 min vətəndaşın rahatlığının pozulması deməkdir. Bakı Metropoliteninin "28 May” stansiyasının fəaliyyətinin dayandırılması nəticəsində yüz minlərlə insan vaxtında nəzərdə tutulan məntəqələrə çata bilmədi və diskomfort yaşamağa məcbur oldu. Avtomobil nəqliyyatının hərəkətində yaranmış problemlər, həmin ərazidə yaşayan insanların istirahətinin tam pozulması və radikal qrupların digər qeyri-qanuni əməlləri nəticəsində yaranmış başqa problemlər vətəndaşlarımıza həm fiziki, həm də mənəvi cəhətdən ciddi problemlər yaşatdı. Bəs bunun hesabını kim ödəməlidir? Bu qanunsuzluğa, özbaşınalığıa görə kim məsuliyyət daşımalıdır?



Xatırlatmaq istərdim ki, aksiyadan bir neçə gün qabaq təşkilatçılar və potensial iştirakçılar müvafiq qurumlara dəvət olunaraq xəbərdar edilmişlər. Lakin həmin insanlar polis şöbələrindən çıxan kimi, sevincək halda sosial şəbəkələrdə statuslar paylaşır, barələrində heç bir ölçü götürülmədiyini qeyd edir və oktyabrın 19-da təyin etdikləri qeyri-qanuni aksiyaya qoşulacaqlarını bildirirdilər. Təəssüf ki, onlar başa düşmədilər və təşkilatçılar da belələrinə başa salmadılar ki, müvafiq xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi artıq birbaşa cinayət məsuliyyəti doğuran haldır və buna görə cavab vermək lazım gələcək.

Beləliklə, oktyabrın 19-da "milli şura” və AXCP-nin hakimiyyətə "diş qıcayaraq”, "əzələ nümayiş etdirmək istəyi”, ən əsası, israrla tez-tez təkrarlanan "xalq bizimlədir” tezisini rəhbər tutaraq Bakı şəhərində inqilabi ssenari reallaşdırmaq cəhdi, yuxarıda qeyd etdiyim fəsadlardan əlavə, həm də onunla nəticələndi ki:

1. Əli Kərimlinin o zaman əsas rəhbərlərdən biri olduğu Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin səriştəsizliyi və anti-milli siyasi ambisiyaları ucbatından 1992-1993-cü illərdə Azərbaycanın uçurumun kənarına necə gətirildiyini və yalnız ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində fəlakətdən necə xilas edildiyini yaxşı xatırlayan xalqımız 2003 və 2019-cu ilin oktyabr aylarında bu dağıdıcı ünsürlərin yenidən ölkədə sabitliyi pozaraq, aranı qarışdırmaq və öz antimilli ambisiyalarını reallaşdırmaq istiqamətindəki cəhdlərini birmənalı şəkildə baykot etdi və ona layiq olduğu yerini göstərdi.

2. Xalqımızın dağıdıcı müxalifətin ölkəni yenidən qarışdırmaq cəhdlərinə qarşı nümayiş etdirdiyi münasibət bir daha təsdiq etdi ki, bu xalq 2003-cü ilin oktyabrında olduğu kimi, 2019-cu ilin oktyabrında da Prezident İlham Əliyevi Azərbaycan dövlətçiliyinin əsas qarantı, milli maraqlarımızı yüksək səviyyədə ifadə edən və xalqın iradəsini hər şeydən üstün tutan lider kimi ciddi dəstəkləyir, ona alternativ görmür, dövlət başçısına etimad və güvəni hədsizdir, öz rəhbərinin arxasında sona qədər dayanmağa hazırdır.

3. Vətəndaşlarımızın dağıdıcı müxalifətin bugünkü aksiya cəhdinə münasibəti nümayiş etdirdi ki, bu xalq Prezident İlham Əliyevin başdan-başa yenilədiyi və qüdrətli dövlətə çevirdiyi Azərbaycanın yenidən 1990-cı illərin təhlükəli riskləri və eksperimentləri ilə üz-üzə qoyulmasna heç zaman imkan verməyəcək.

4. Bugünkü aksiyanın digər maraqlı tərəfi ondan ibarət oldu ki, uzun müddətdir sosial şəbəkələrdə reklam aparılması, əhalinin israrla küçə və meydanlara dəvət olunması, mitinqdə yüz minlərin qoşulacağı barədə boğazdan yuxarı iddialara baxmayaraq, radikal qruplar müxtəlif nöqtələrdən 10-15 nəfərlik lokal qrupları səfərbər edərək Milli Bankın qabağına cəmi 100-150 nəfər çıxara bildi. Qeyri-qanuni aksiya cəhdi sosial şəbəkələrdə "xalq iqtidardan bezib”, "bu xalqın mitinqidir”, "xalq haqqını tələb etmək üçün meydanlarda olacaq” hayqıran Əli Kərimli və tərəfdarlarının, əslində, heç bir ictimai dəstəyə malik olmadıqlarını və dediklərinin yalnız ucuz piar xarakteri daşıdığını əyani şəkildə təsdiqlədi.

5. Müxalifətin qeyri-qanuni 19 oktyabr aksiyasının qarşısının qətiyyətlə alınması həm də Azərbaycan iqtidarının nə qədər güclü, monolit olduğunu, xalq tərəfindən birmənalı şəkildə necə dəstəkləndiyini, dövlət orqanlarının funksionallığının yüksək səviyyəsini, xüsusən hüquq mühafizə orqanlarının, polisin peşəkarlığını, hakimiyyətin bütün hadisələri, prosesləri nəzarət altında saxladığını və idarə etdiyini, onun iradəsindən kənar, xalqın maraqlarına uyğun olmayan hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyünü nümayiş etdirdi.

6. Bu aksiyanın nəticəsi bir daha göstərdi ki, "milli şura” adlanan quruma və AXCP adlı partiyaya rəhbərlik edən şəxslər və onların ətrafındakı bir ovuc radikallar 25 ildən artıq bir dövrdə xarici anti-Azərbaycan dairələrin təhriki ilə anti-milli fəaliyyət sürdürmüş, Azərbaycanın siyasi tarixində yalnız qeyri-etik qalmaqlallarla, daxili didişmələrlə, qopma və parçalanmalarla yadda qalmış və qeyri-konstruktiv müxalifət imici qazanaraq özü-özünü fəlakətin bir addımlığına gətirmişdir. Bu da onu göstərir ki, cəmiyyətimiz davamlı şəkildə onun sabit, təhlükəsiz və inkişafda olan həyatını pozmağa çalışan belə müxalifətçilərlə gələcəyə doğru birgə addımlaya bilməz. Deməli, hakimiyyət uğrunda sivil mübarizə apara bilməyən belə radikal, dağıdıcı müxalifətlə nə iqtidar-müxalifət dialoqu aparmaq mümkündür, nə də onların bundan sonrakı dövrdə ölkənin siyasi səhnəsində qalması Azərbaycanın gələcək siyasi palitrası üçün yaxşı heç nə vəd etmir.

P.S. Diqqətə çatdırmaq istərdim ki, mənim aksiya ilə bağlı paylaşdığım bu yazıda gəldiyim qənaətlər heç də iş yerimdə oturaraq hasil etdiyim nəticə deyil, bilavasitə 3 saatını sərf edərək hadisə yerində prosesləri yaxından izləyən insanların verdiyi məlumatlar əsasında formalaşmış mülahizələrdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
00:27 17.04.2026
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
00:13 17.04.2026
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
00:10 17.04.2026
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
00:09 17.04.2026
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
00:01 17.04.2026
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
23:55 16.04.2026
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
23:44 16.04.2026
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
23:33 16.04.2026
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
23:20 16.04.2026
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
23:10 16.04.2026
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
22:50 16.04.2026
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
22:46 16.04.2026
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
22:39 16.04.2026
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
22:29 16.04.2026
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
22:19 16.04.2026
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
“BMW” ilə motosiklet toqquşdu
22:05 16.04.2026
“BMW” ilə motosiklet toqquşdu