Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib. Dövlət başçsının digər sərəncamı ilə Adil Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunub.
Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.
AZXEBER.COM yeni təyin olunan nazir əvəzi Adil Kərimlinin dosyesini təqdim edir:
Adil Qabil oğlu Kərimli 22 Oktyabr 1979- cu ildə Bakı şəhərində anadan olub. O, 1999-cu ildə Bakı Dövlət Universitetinin, Hüquq fakültəsinin bakalvr pilləsini bitirib. 2001-ci ildə Bakı Dövlət Universitetinin, Hüquq Fakültəsinin "Cinayət hüququ, cinayət prosesi və kriminalistika” ixtisaslaşması üzrə magistratura pilləsini bitirərək hüquq magistri elmi dərəcəsi alıb.
2007-ci ilin may ayında Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dissertantı olaraq "Qəsdən adam öldürmə cinayətlərinin tövsifində motivin yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
2004-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Bu vəzifəyə qədər o Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsini icra edib.
Ailəlidir. Adil Kərimli eyni zamanda ehtiyyatda olan zabitdir.