Prezidentin mükafatlandırdığı 21 yaşlı gənc: “Evdə oturmuşdum, zəng gəldi ki ...” – MÜSAHİBƏ - FOTOLAR

SOSİAL
18:13 03.02.2017
21155
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 fevral Gənclər günü münasibətilə 6 gənci mükafatlandırıb.
Bu gənclərdən biri də Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi Emil Bağırovdur.
Emil mükafatı alandan sonra AZXEBER.COM-a geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Emil, ilk olaraq özün haqda oxuculara məlumat verərdin...
- Mən 1995-ci il iyun ayının 4-də Bakıda anadan olmuşam. İlk təhsilimi Türkiyədə başlamışam. Klarnet üzrə ilk müəllimim atam olub. Sonra Bakıya gəlməli oldum, təhsilimi burda davam etdirdim. Hazırda Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsiyəm, 21 yaşım var.

- Musiqiyə marağın nə vaxtdan formalaşıb?
 - Musiqiyə marağım ailəmin sayəsində formalaşıb. Atam Oktay Bağırov klarnet ifaçısıdır. Azərbaycanın görkəmli musiqiçiləri olan Niyazi, Rauf Abdullayev ilə birgə çalışıb. 1992-ci ildə atama Türkiyə Orkestrından təklif gəldi və atam Türkiyəyə getməli oldu. Artıq o vaxtdan musiqi məni özünə çəkməyi bacarmışdı və mən də klarnet ifaçısı olmaq haqda qərar vermişdim.
 
- Azərbaycan və Türkiyə musiqisi arasında hansı oxşar və fərqli cəhətlər var?
- Türkiyənin ən böyük üstünlüyü ondan ibarətdir ki, Türkiyədən Avropaya getmək və orada tanınmaq daha asandır. Çünki dünyaşöhrətli musiqiçi və müğənnilər Türkiyəyə tez-tez gəlirlər, onlarla əlaqə qurmaq asandır. Türkiyədə konsertlər daha asan başa gəlir, bizdə isə yox. Onu da qeyd edim ki, Türkiyədə musiqiçi nə qədər çox olsa da, orda tanınmaq və məşhur olmaq çətin deyil. Ən çətini bunun mexanizmini tapmaqdır.
 
- İfasını bəyəndiyiniz klarnet ifaçısı var?
- Mənim müəllimim Şükür Səmədovdur və mənim gələcək yolumu seçmək üçün ən yaxşı nümunə məhz odur. Hazırda da Azərbaycan Dövlət Filarmoniyasında müəllimimlə yan-yana işləyirəm və buna görə fəxr edirəm. Mən etnik musiqi ilə daha çox maraqlanıram. Ən böyük arzum Azərbaycan musiqisində ad qoymaqdır. Hüsnü Şənləndirici Türkiyə şou-biznesində öz çəkisi olan klarnet ifaçısıdır. Azərbaycanın niyə bir "Hüsnüsü” olmasın?
 
- Azərbaycanda musiqiçilər toya getmədən dolana bilirlər?
- Təəssüflər olsun ki, yox. Bu biz musiqiçilərin yaralı yeridir. Reallıq budur ki, bu gün musiqiçinin solo olaraq tanınması çətindir.Bəs bu nədən irəli gəlir? - Bu reallıqdır. Bu gün gərək hər hansı bir müğənninin yanında ifa edəsən, yada hər hansı bir orkestrda. Mən bunu bəyənmirəm və solo olaraq ad qoymaq istəyirəm. İnşALLAH istəyimə nail olaram.
 
- Azərbaycanda eyni səhnəni paylaşaraq maraqlı improvizə etmək istədiyin müğənni var?
 - Bəli istədiyim adamlar var. Ramal, Çinarə, Mərdan və digər dostlarımla eyni səhnəni paylaşmaq istəyirəm.
 
- Gənclər günü Prezident mükafatına layiq görüldün. Bunu gözləyirdin?
- Sözün düzünü desəm, bu mükafatı alacağıma inanmırdım. Çünki ölkə gəncləri arasında bu mükafatı almaq çətindir və bu ada layiq olanlar çoxdur. Onu da deyim ki, evdə oturmuşdum, birdən nazirlikdən zəng gəldi və mükafat aldığımı dedilər. Bir gənc kimi mən də çox sevindim. Mükafatı almağımda müəllimim Şükür Səmədovun da əməyi çoxdur. Bu bir daha onu sübut etdi ki, ölkəmizi xarici ölkələrdə layiqincə təmsil etmişəm. Bir daha sizin sayt vasitəsilə mənə bu ada layiq görənlərə təşəkkür edirəm.
 
- Mükafatı alandan sonra kimlər təbrik etdi səni?
- Təbrik edən adamlar təxmin etdiyim kimi ətrafımda olan insanlar, dostlarım oldu.
 
- Prezidentin ehtiyat fondundan sənin üçün ayrılan 10 min manatı nə edəcəksən?
- Bu pulun bir qismi ilə klarnetlərimi təzələyəcəm, yenilərini alacam. Ən əsası isə öz studiyamı yaradacam. Azərbaycan musiqisində öz izimi qoyacam və mən inanıram ki, əsl musiqini dinləmək arzusunda olan təbəqə var. Bir daha qeyd edirəm ki, bu pulu sənətimə, yaradıcılığıma ayıracam.
 
- Bir az da şəxsi həyatın haqda danışaq. Subaysan yəqin...
 - Şəxsi həyatda biz musiqiçilər inandırıcı olmuruq. Mənim sevgilim, mənim klarnetimdir. Başqa heç kim yoxdur həyatımda.
 
- Səncə niyə musiqiçilərin şəxsi həyatı uğursuz olur?
- Çox təəsüsüf ki, bu həqiqətdir. Çünki musiqiçini anlamaq, ona ayaq uydurmaq çətindir. Onların həyatı adi insan həyatından fərqlənir. Onlar daha çox dəstək tələb edirlər, bunu da görməyəndə ailə uğursuz alınır.
 
- Ailə quracağın qadının musiqiçi olmasını istəyirsən?
 - Niyə də olmasın. Musiqiçi olub, mənə bəstələrim zamanı kömək etməsini istəyərəm
 
 - Təhsilini xaricdə davam etdirmək istəyirsən?
- Bu haqda düşünmürəm, çünki burda təhsil çox gözəl səviyyədədir. Mən istəmirəm gedib başqa bir ölkənin mədəniyyətinə töhfə verim. Çünki mən bunu öz mədəniyyətimiz üçün edə bilərəm. Və mən inaıram ki, bunu edə biləcəm.
 

 


 

 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb