Prezidentin mükafatlandırdığı gənc: "İctimai fəaliyyətə könüllü kimi başlamışam"

SOSİAL
16:52 01.02.2019
4479
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 Fevral Gənclər günü münasibətilə gənclərin mükafatlandırılması haqda sərəncam imzalayıb.

 

 
Prezident tərəfindən mükafatlandırılan gənclərdən olan Hüseynxan Hacızadə təəssüratlarını AZXEBER.COM-la bölüşüb.

 

Hüseynxan ictimai fəaliyyətə könüllü kimi başladığını deyib: "İlk öncə Gənclər Günü ilə bağlı bütün gənclərimizi təbrik edirəm. Qeyd edim ki, gənclər sahəsində ilkin fəaliyyətimə 2013-cü ildən Gəncə şəhərində yerləşən "Gələcəyə Körpü" GİB-də könüllülük edərək başlamışam. Həmin dövrdən etibarən mənim üçün bu Birlik ikinci evim kimi hiss olunub. Həm sağlam ətraf, fərqli və innovativ düşüncəli gənclər, ideyalar, fərqliliklər, əyləncə və həm də ən əsası yeni təcrübələr əldə etmək baxımından bu təşkilat həyatımda misilsiz rol oynayıb. Əvvəl ictimaiyyətlə əlaqələr, daha sonra isə beynəlxalq əlaqələr departamentində başladığım fəaliyyətim daha sonra peşəkar səviyyədə davam etdi və 2016-cı ilin oktyabrından etibarən icraçı direktor vəzifəsində işə başladım. İndiyə qədər 100-ə yaxın yerli, regional və beynəlxalq layihələrdə iştirakçı və təşkilatçı (koordinator) olaraq fəaliyyət göstərmişəm. 20-ə yaxın ölkədə keçirilən beynəlxalqlayihələrdə ölkəmizi yüksək səviyyədə təmsil etmişəm".


O mükafata görə Prezidentə təşəkkür edib: "Mənə verilən bu mükafat "ictimai fəallığımı motivasiya edən və daha çox fəal olub işlər görməyimə dəstək olacaq ən böyük dəyərdir" deyərdim. Verilən mükafat və göstərdiyi diqqətə görə canab Prezident İlham Əliyevə həm şəxsən, həm də Birliyimiz adından dərin minnətdarlığımı bildirirəm".

OXŞAR XƏBƏRLƏR