Gürcüstan prezidenti Mixail Saakaşvilin qardaşı David Saakaşvili tutduğu vəzifədən azad edilib.Bu barədə Gürcüstandakı mənbələrdən xəbər daxil olub.Məlumata görə, David Saakaşvili Ədliyyə Nazirliyin nəzdində Ali Ədliyyə Məktəbinin direktoru vəzifəsində çalışırdı. Onun işdən azad edilmə səbəbləri bilinmir.