Prezidentin qızı məşhur müğənniylə duet oxudu - VİDEO

DÜNYA
14:55 09.01.2013
3295
Rusiya vətəndaşlığını almış fransız aktyoru Jerar Depardye Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova ilə birgə maraqlı layihəyə imza atıb.
ANS-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, Gülnarə Kərimovanın sözlərinə yazılmış "Небо молчит" mahnısına çəkilmiş klipdə Jerar Departye də iştirak edib.Gülnarə Kərimovanın özünün ifa etdiyi mahnıda fransız aktyorun fransız dilində sələndiridiyi monoloqa da yer ayrılıb.Xatırladaq ki, Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun iki qızı var. Bunlar Gülnarə və Lalə Kərimovadır.Gülnarə Kərimova 1972-ci il iyulun 8-də Fərqanədə anadan olub. 2010-cu ildən Özbəkistanın İspaniyadakı səfiri vəzifəsində çalışır. 2008-ci ildən Özbəkistanın BMT və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi işləyir. 2008-ci ilin fevralında mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini təyin edilib. O, həmçinin Nyu-Yorkun Fashion Institute of Technology dizayner kursunun məzunu, “Guli” brendinin sahibdir. 1991-ci ildə tanış olduğu Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. 2001-ci ildə onların nikahı dağıldı. Boşanma prosesi iki il davam etdi. 1993-cü ildə bu nikahdan oğul İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib. Gülnarə Kərimova Özbəkistanda ən nifrət edilən şəxs hesab edilir.Lalə Kərimova 1978-ci ildə iyulun 3-də Daşkənddə anadan olub. Özbəkistanın Yuneskodakı daimi nümayəndəsi, diplomat, ölkəsində xeyriyyə işləri, mədəniyyət və idmana dəstəyi ilə tanınan şəxsdir. O, Özbəkistanda iki iri xeyriyyə təşkilatının təsisçisidir. “Sən tək deyilsən”( Sen Yolgiz Emassan) yetim, əlil uşaqlara dəstək üçün yaradılıb. İki dəfə ailə həyatı qurub. Həyat yoldaşı Timur Tilyayev biznesmen, Harvard universitetinin məzunudur. İki uşağı var: qızı Məryəm və oğlu Umar.

OXŞAR XƏBƏRLƏR