Prezidentin qızı teleaparıcı oldu

Prezidentin qızı teleaparıcı oldu
ŞOU-BİZNES
01:04 15.11.2011
1847
ABŞ-ın “NBC News” telekanalı sabiq prezident Bill Klintonun qızı Çelçi Klintona müxbir və hər gün axşam efirə çıxan “Dünyanın dəyişməsi” proqramında aparıcılıq təklif edib. Çelsi Klinton etiraf edib ki, çoxdan öz bacarığını jurnalist kimi sınaqdan keçirmək istəyib. Çelsi Klintonu xüsusən sosial mövzular və cəmiyyətə böyük töhfələr verən insanların şəxsi həyat tarixçəsi maraqlandırır. “NBC News” telekanalının prezidenti Stiv Kapus deyib ki, Çelsi Klinton atası Bill Klinton və anası, hazırda dövlət katibi olan Hillari Klintonun seçki kampaniyalarında iştirak edib və çoxlu sayda insanlarla ünsiyyətdə olub, bu mövzularla tanışdır. Çelsi Klinton işi ilə bağlı alacağı bütün qonorarı atasının xeyriyyəçiliklə məşğul olan Klinton Fonduna bağışlamaq niyyətindədir. O, “NBC News” telekanalının işə götürdüyü ikinci sabiq prezident qızıdır. Undan əvvəl Corc Buşun qızı populyar “Bu gün” proqramında işə cəlb olunub.
//lent.az
OXŞAR XƏBƏRLƏR