Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.
AZXEBER.COM xəbər verir ki, bu vəzifəyə Fərid Əsgərov təyin edilib.
Qeyd edək ki, F.Əsgərov bundan öncə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətininin rəisi Bəylər Əyyubovun müavini olub.
Fərid Əsgərov daha əvvəl Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Təlim və Tədris Mərkəzinin rəisi olub. O, həm də peşəkar karate mütəxəssidir.
F.Əsgərov 2017-ci ildə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə seçilib.
Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının və idman növünün ölkəmizdə inkişafına öz töhfəsini verib.