“Prezidentin tənqidindən nəticə çıxaracağıq” - Əbülfəs Qarayev

“Prezidentin tənqidindən nəticə çıxaracağıq” - Əbülfəs Qarayev
SOSİAL
14:40 31.01.2018
1604
"Yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra Yanardağda işlər görüləcək”.
 
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir Yanardağ ilə bağlı layihənin hazır olduğunu bildirib:

"Hazırda bu məsələ ilə bağlı proses gedir, layihə mövcuddur. Bu layihələndirmənin əsasında işlər görüləcək. Amma orada yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra bu ərazidə işlər görüləcək. Dövlət bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu, çoxdan aktual olan bir məsələdir. Biz Yanardağla bağlı məsələyə çoxdan diqqət yetirməli idik. Tənqiddən nəticə çıxaracağıq".

Nazir həmçinin bildirib ki, turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllallar ortalığa çıxıb: "Guya onlar xidmət göstərirlər, halbuki yalandan qiymətlər deyir, yalandan nəqliyyat təşkil edirlər".

Onun sözlərinə görə, son nəticədə Azərbaycan turizminin səviyyəsi enir:"Bundan itiririk. Biz birləşərək normal bir proqram üzərində öz potensialımızı ortalığa qoya bilmir və həmin məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər".

Hazırda "Turizm haqqında" yeni qanun layihəsi üzərində iş aparıldığını deyən Ə.Qarayev bildirib ki, bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq:

"Əgər kimsə beşulduzlu hotel əvəzinə ikiulduzlu hotelin xidmətlərini göstərirsə, deməli, ölçüləri pozur. Əgər turizm şirkətləri dəllallıqla məşğuldursa, insanları aldadırsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Güzəştə gedilməyəcək. Mən bu qanunun qəbul olunmasını səbirslizliklə göszləyirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
19:03 07.08.2025
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
18:59 07.08.2025
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
17:36 07.08.2025
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
15:41 07.08.2025
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
15:39 07.08.2025
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi