Prezidentin təyyarəsinə yerə enmək qadağan edildi - VİDEO
DÜNYA
16:14 03.07.2013
1756
“Snouden sindromu” Boliviya prezidentinə də təsirsiz ötüşməyib. Moskvada keçirilən forumdan qayıdan Boliviya prezidentinin təyyarəsi Vyenada planlaşdırılmamış eniş edib.Təyyarənin göyərtəsində Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin olması ehtimal edilib. Buna görə də Fransa və Portuqaliya hökuməti ölkələrinin hava məkanından Boliviyaya məxsus təyyarənin uçuşunu qadağan ediblər.