Prezidentin ünvanına yeni ittiham səsləndirildi

Prezidentin ünvanına yeni ittiham səsləndirildi
DÜNYA
17:05 14.12.2012
1824
Gürcüstan Müdafiə Nazirliyi ölkə prezidentini ittiham edib.AZXEBER.COM-un gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Gürcüstanın hərbi qurumu Saakaşvilinin hökumətə məxsus “Galfstream G450” təyyarəsi ilə kurortlara uçduğunu iddia edib. İddiaya görə, Saakaşvili Las-Palmas, Nitsa və Milana istirahətə gedərkən bu təyyarədən istifadə edib.Məlumata inansaq, bu təyyarə ilə həmçinin hakim Vahid Milli Birlik Partiyasının üzvləri də istirahətə gedirmişlər.Bununla bağlı Müdafiə Nazirliyi təyyarəni balansında olduğu lizinq şirkətinə qaytarmaq qərarına gəlib. Bu da nazirliyə 6 milyon dollar qənaət etməyə imkan verəcək.
OXŞAR XƏBƏRLƏR