‘Prezidentlə əlaqə qura bilmirik, qarşımızı kəsirlər’ – Tahir İmanovdan sensasion sözlər

SOSİAL
15:34 25.10.2016
15210

"Cənab prezidentimiz əsl həqiqəti biləndən sonra bu məsələ öz həllini tapacaq”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "olke.az”a müsahibəsində "Parni iz Baku” KVN teatrının rəhbəri, Azərbaycanın əməkdar artisti Tahir İmanov söyləyib. O müsahibəsində konsert keçirmək üçün, televiziyalarda onlara məmurlar tərəfindən qadağalar qoyulduğunu deyib:

"Bu il 25 illiyimizi qeyd etdik. Amma heç bir telekanal 1 dəqiqəlik də olsa sujet hazırlayıb bizi təbrik etmədi. Eybi yox, onlar bunu etməsə də, dövlətimiz bizi təbrik etdi. Mən bunu konsertdə də demişdim, indi də deyirəm ki, biz bu dövlətin və Heydər Əliyev kursunun əsgərləriyik. Bizə TV kanallarınıömürlükqadağa etsələr də, biz həmişə dövlətə və dövlətçiliyə sadiq olacağıq. Mən bilirəm ki, bu oyundur. Hansısa məmurun oyunudur. Sonda özlərini tələyə salacaqlar. Cənab prezidentimiz əsl həqiqəti biləndən sonra bu məsələ öz həllini tapacaq. Onlar da bilirlər ki, biz həqiqətləri çatdıra bilmirik, belə alınır və bundan istifadə edərək qadağaları daha da şiddətləndirirlər. Hal-hazırda cənab prezidentlə birbaşa əlaqə qurmağa imkan yoxdur, qarşımızı kəsən əngəllər var. Nəsibə xanımın 100 illiyi ilə bağlı sənədli filmdə çıxış etməyim üçün İTV-dən mənə bir müxbir zəng etdi. Cavabında isə böyük məmnuniyyətlə gələ biləcəyimi, amma əvvəlcə rəhbərlərindən mənim o telekanalda çıxışıma qadağanın götürülüb-götürülmədiyini soruşmasını bildirdim. Həmin müxbirə yəqin ki, yox cavabı veriblər, o da sonra məni yığmadı. Ən azından hörmət əlaməti olaraq zəng edib deməliydi. Həm də bir haşiyə çıxmaq istərdim, jurnalistlərin ailəmlə bağlı yazmasını istəmirəm. Və halal da etmirəm. Həm sizin sayta, həm də digər saytlara. Həyat yoldaşım və ailəm haqqında heç bir şey yazılmasın. Hər şey halallıqla olmalıdır”.

Aktyor prezident İlham Əliyevə çıxışlarının olmadığını və buna görə də məmurlar tərəfindən təzyiqlərlə üzləşdiklərini deyib:

"Parni iz Baku” həminkidir və eyni səpkidə fəaliyyət göstərir. Həmin göstərdiyimiz nömrələr belə 20 il əvvəlin adını daşıyır, sadəcə hadisələr və günümüzə uyğun proseslər dəyişib. Heç məmurlar belə dəyişməyib. (gülür) Həmin məmurlar qalıb. Dəyişən odur ki, biz yiyəsiz qalmışıq. Ölkə rəhbərliyi bizim konsertlərimizə gəlmir. O məmurlar da bilir ki, bizim cənab Prezident İlham Əliyevə birbaşa çıxışımız yoxdur. Ona görə də istədiklərini edirlər. Amma 90-cı illərdə ən böyük dəstəyi İlham Əliyevdən almışıq. Onun sayəsində bir çox problemimiz həll olunub. O, şəxsən mənim 2 problemimi həll edib; evlə təminat və universitetə yenidən bərpamı. Mən həyatımın sonunacan ona minnətdar olacam”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər