Prezidentlə “mənim prezidentim” arasındakı fərq

Prezidentlə “mənim prezidentim” arasındakı fərq
KÖŞƏ
01:03 25.06.2015
2380

Aqil Ələsgər

İlk dəfə Avropa Şurasında ingilis dilində Azərbaycan həqiqətlərini dünyanın üzünə söyləməsi ilə tanıdıq Onu. Sərt və səlis şəkildə çıxışını efirdən izləmişdik. Cənab Prezident, o zaman millət vəkili idi. Beynəlxalq siyasət arenasında ilk addımlarını atırdı, ancaq qətiyyətlə... Dünya Heydər Əliyevdən aldığı Azərbaycan bayrağını ucaldacaq liderlə yeni-yeni tanış olurdu...

Siyasətə gəlişi heç də hamar olmamışdı. Ancaq heç bir əngəl Onu tutduğu yoldan döndərə bilmədi. Böyük siyasətçi adlananlar yalnışlıqlarının qurbanı olarkən, O, yürütdüyü balanslı siyasətlə sadəcə Azərbaycanı qorumadı, həm də regionun lider dövlətini yaratdı.

***

Azərbaycanın sürətli inkişafını oturduğu məhəllədən kənara çıxmadan görmək imkansızdır. Bəzən üç-beş funksioneri idarə etməkdən acizlər ölkəmizdə problem axtarmaq eşqinə düşürlər. Siz 24 illik və müharibədən çıxmış bir dövləti əsrlərin dövlətləri ilə müqayisə edirsiniz. Ancaq 70 il bərabər yaşadığımız post sovet ölkələrini kimsə görmür. İnanın, SSRİ dövründə bizdən dəfələrlə öndə olan sosialist respublikalarına səfər etsəniz, Azərbaycanın xüsusilə son 10 ildə necə bir Avropa ölkəsinə çevrildiyinə şəhadət gətirəcəksiniz. Bu gün çox öydüyünüz Gürcüstan belə Azərbaycanın dəstəyini çəkdiyi halda bir anda çökəcəyini gürcülər belə bilir... Rus tankları Tiflisin beş addımlığında dayanarkən, Gürcüstanın yanında nə ABŞ qalmışdı, nə də Avropa... Gürcü xalqına minnət və ehtiram duyduğunu hər addımda dilə gətirən Almaniyanın tozu belə qalmamışdı... Sadəcə, Əliyev Gürcüstana sahib çıxdı...

***

24 il bir cavanın ömrü olsa da, dövlət üçün çox qısa dönəmdir. 24 illik bir dövlət iki böyük Avropa oyununa ev sahibliyi edir, həm İslam, həm də Qərb dünyasında ciddi uğurları və öz dəst-xətti ilə seçilirsə, bu Azərbaycanın uğurudur. Bəzən əsrlik dövlətlərin adlarını qonşuları belə bilmir. Ancaq 1994-cü ildə Əsrin Müqaviləsi ilə ismini Ulu Öndər Heydər Əliyevin dünyaya duyurduğu Azərbaycan İlham Əliyev tərəfindən duymaq istəməyənlərə də tanıdıldı. Bu gün bir gerçəklik var: Azərbaycan adlı Qafqazın qəlbindəki kiçik və gənc bir dövlət var.

***

12 iyunda Azərbaycan I Avropa Oyunlarının Açılış Mərasimini keçirdi. 28 iyunda ən az Açılış Mərasimi qədər möhtəşəm Bağlanış Mərasiminə şahidlik edəcəyimizdən heç şübhəmiz yoxdur. Bir ölkənin tanıtımı üçün ediləcək ən gözəl reklam görülən işlərdir. İlham Əliyev bütün dünyaya bunu göstərdi. Azərbaycana dəvət edilən ölkə başçılarına, qonaqlara Azərbaycanın necə bir qüdrətli dövlətə çevrildiyi göstərildi. Eyni zamanda ermənilərə...

***

İlham Əliyev sadəcə bir ölkənin başçısı rolunu oynamır. Cənab Prezident eyni zamanda Türkiyə ilə Rusiya arasında da kilid adamdır. Putin və Ərdoğan kimi kaprizli iki lideri bir araya gətirən, dialoqlarını təşkil edib, Azərbaycanın iki strateji müttəfiqinin dost olmasına çalışan bir Əliyev var qarşımızda... Bu gün dünyanın qarşı çıxdığı sadəcə Azərbaycan Prezidenti deyil, həm də dünyaya qarşı Türkiyə-Rusiya-Azərbaycan blokudur. Elan edilməsə belə dünyanın gözünə batan bir ittifaqın ən önəmli aktyoru olmasını Azərbaycana bağışlaya bilmirlər.

Yəni, bu gün Avropanın, Amerikanın dilindən düşürmədiyi insan haqqları, söz azadlığı filan bəhanədir... Bu gün Amerikanı da, Avropanı da narahat edən Azərbaycanın onların qurduğu düzənə uyğun gəlməyən siyasətidir. Baxın, Yunanıstan çökdü-çökəcək, ancaq xəstə yatağından Azərbaycana hücum edir. Alman Merkeli öz ayıbına kor olmaq yerinə, Azərbaycanın üzərinə gəlir. ABŞ-ın muzdlu senatorları önlərinə qoyulan Azərbaycan əleyhinə bəyanatları oxuyurlar. “Vaşinqton Post”undan “The Guardian”ınına, “Hürriyyət”indən “Today`s Zaman”ına Azərbaycan əleyhinə fəaliyyət göstərən media qurumlarına baxın, onların hansı azaddır? Hansı biri ABŞ-ın dövlət maraqlarının əleyhinə bir cümlə verə bilər? Hansı ingilis maraqlarını zədələyəcək bir yazının arxasında dayanar? Anadoluda gözəl bir söz var, “dinimə söyən müsəlman olsa, yandırmaz”.

***

Azərbaycan artıq böyük bir çağı arxada qoyub. İlham Əliyevin apardığı xarici siyasət böyük hədəflər vəd edir. Həm Qərb, həm Şərqlə aparılan balanslı siyasət Azərbaycanı böyük oyunların aparıcı oyunçusuna çevirməkdədir. Bunun üçün sadəcə erməni diasporunun deyil, 24 illik bir respublikanın uğurlarını qısqanan bütün böyük güclərin hədəfindəyik. İçimizdəki maşa olmaqdan həzz alan kiçik insanların kukla kimi oynadıldığı bir dönəmdəyik. Bu dəfə Qərb sadəcə bu insanlarla yetinməyəcək. Azərbaycanı silkələmək üçün bütün kartlarından istifadə edəcək. Necə ki, etməkdə davam edir. İllərlə içimizdə səssiz-sədasız saxladığı kriptoları deşifrə etmək məcburiyyətində qalacaq. Susan dillər danışmağa başlayacaq. Məmur eşalonundan da böyük yarpaq tökümü olacaq. Amerikanpərəstlər, qərbpərəstlər öz mövqelərini açıqlamaq məcburiyyətində qalacaqlar. Ancaq Xəlq edən və xalq İlham Əliyevdən yana olduqdan sonra, yel qayadan ancaq toz aparar...

***

Bir neçə gündən sonra Avropa Oyunları başa çatır. Ancaq bu oyunların səs-sədası hələ uzun müddət gələcək... Ölkəmizə gələnlərin yaddaşlarında Heydər Əliyevin atdığı təməllər üzərində möhtəşəm Azərbaycan quran İlham Əliyevin əsərləri qalacaq. Son 10 ildə tikilən və Bakıya ayrı bir gözəllik verən abidələr önündə çəkilən xatirə şəkilləri onları bir daha Azərbaycana gəlməyə səsləyəcək...

Nəticədə qazanan hər zaman Azərbaycan olacaq!..

***

Prezident olmaq o qədər də əlçatmaz deyil. Dünya çox təsadüfi prezidentlər şahid oldu və olmaqdadır. Ancaq alimindən fəhləsinə, kənd adamından şəhərlisinə, tələbəsindən müəlliminə hər kəsin “mənim prezidentim” deyə, bağrına basdığı bir liderə çevrilməkdir çətin olan. İlham Əliyev çətin olanı bacardı. Bu gün hamımız fəxrlə İlham Əliyevə “mənim prezidentim” deyiriksə, bu Prezidentin qələbəsidir. Unudulmamalıdır ki, xalqın dəstəyini və sevgisini qazanan bir prezidentin üzərinə hansı qüvvə gəlirsə, gəlsin, məğlub olacaqdır. Çünki bu xalq öz prezidentinə hər zaman sahib çıxıb və çıxacaqdır...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı