Prezidentlər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzaladı

Prezidentlər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzaladı
SİYASƏT
16:03 12.08.2018
4350

Bu gün Qaazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilir.

AZXEBER.COM TASS agentliyinə istinadən xəbər verir ki, konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzalayıblar.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 20 ildən artıq aparılan danışıqlar prosesində hazırlanıb. Kovensiya 5 dövlətin Xəzər dənizindəki müstəsna hüququ və məsuliyyətini müəyyən edir, kollektiv istifadə üçün aydın qaydalar müəyyən edir.


 

OXŞAR XƏBƏRLƏR