Prezidentlərin iyun görüşü baş tutacaq –Razılıq verildi

SOSİAL
14:06 03.06.2016
1532
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağla bağlı bəyanat yayıblar.
Sözügedən bəyanat həmsədrlərin Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşündən sonra açıqlanıb. “Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in araşdırma üzrə mexanizminin yaradılması barədə təklifləri nazirlərə təqdim ediblər”, - deyə müraciətdə qeyd olunur.
Öz növbəsində nazirlər münaqişənin həlli üzrə danışıqların bərpası üçün prezidentlərin iyun ayında keçiriləcək görüşə razılıq verdiklərini təsdiq ediblər.
///AzNews.az 

OXŞAR XƏBƏRLƏR