Liberal-Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən, adıçəkilən partiyanın sədri Fuad Əliyevin imzatoplama kampaniyası başa çatıb.
Bu barədəməlumat verən F.Əliyev bildirib ki, artıq imzalar Mərkəzi Seçki Komissiyasına təqdim olunub və bu barədə komissiyadan müvafiq sənəd alınıb.Onun sözlərinə görə ümumilikdə 45 min imza toplansa da, daxili yoxlamadan sonra, MSK-a 44 min 523 imza təqdim olunub.İmzalar ölkə üzrə 92 seçki dairəsindən toplanıb.Hazırki dövrə qədər prezidentliyə namizəd kimi İlham Əliyev və İqbal Ağazadə MSK tərəfindən rəsmi olaraq qeydə alınıb.Digər namizədlərdən isə millət vəkili Zahid Oruc imzatoplama kampaniyasını başa çatdıraraq, imzaları MSK-ya təqdim edib.