Prezidentliyə namizəd Araz Əlizadə səs verdi

SİYASƏT
12:09 09.10.2013
1220

A. Əlizadə 17 saylı III Yasamal Seçki Dairəsinin 23 saylı məntəqəsində öz seçimini edib

Prezidentliyə namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə səs verib. A. Əlizadə 17 saylı III Yasamal Seçki Dairəsinin 23 saylı məntəqəsində öz seçimini edib. Daha sonra jurnalistlərə müsahibə verən A. Əlizadə səsvermə prosesi şəffaf keçirildiyini və hələlik hər hansı qanun pozuntusu ilə rastlaşmadığını deyib. O, seçki təşviqatı zamanı yol verilən qara piarların da seçki prosesinə təkan verdiyini də deyib.

OXŞAR XƏBƏRLƏR