Prezidentliyə namizəddən HƏMAS-la bağlı VACİB VƏD

Prezidentliyə namizəddən HƏMAS-la bağlı VACİB VƏD
DÜNYA
11:44 10.10.2023
255
Bu ay prezident seçkilərinin keçiriləcəyi Argentinanın hazırkı iqtisadiyyat naziri Serxio Massa diqqətçəkən bəyanatla çıxış edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Massa oktyabrın 22-də keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə HƏMAS-ı "terror təşkilatları siyahısına daxil edəcəyini" bəyan edib.

Sol və İşçi Cəbhəsinin prezidentliyə namizədi Myriam Bregman mülki itkilərə diqqət çəkərək, İsrailin illərdir Fələstin xalqına qarşı aparteid siyasəti həyata keçirdiyini xatırladıb.

Argentinada avqustun 13-də keçirilən ilkin seçkilərdə ən çox səs toplayan ifrat sağçı populist namizəd Xavyer Miley prezident seçkilərində əsas namizəd kimi göstərilir. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR