Mərkəzi Seçki Komissiyası (MSK) 9 oktyabr 2013-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizədlər üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsünü açıqlayıb.
Radioda “Dəyirmi masa”
Həftənin I, III, V günləri saat 21:00-da
16.09.2013
18.09.2013
20.09.2013
23.09.2013
25.09.2013
27.09.2013
30.09.2013
02.10.2013
04.10.2013
07.10.2013
Televiziyada “Dəyirmi masa”
17.09.2013
19.09.2013
21.09.2013
24.09.2013
26.09.2013
28.09.2013
01.10.2013
03.10.2013
05.10.2013
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (radioda 2013-cü il sentyabrın 16-dən oktyabrın 8-dək, televiziyada sentyabrın 17-dən oktyabrın 6-dək) istifadəçilərin sərəncamına veriləcək. Həftədə 3 dəfə televiziyada, 3 dəfə isə radioda hər dəfə üçün hər bir namizədə 6 dəqiqə efir vaxtı ayrılmaqla televiziyada 19.00-da, radioda isə 21.00-da başlanılan “Dəyirmi masa” efir vaxtını ayırmış qurum tərəfindən təşkil edilir.