Prezidentliyə namizədlərin ilk teledebatı qalmaqallı oldu

Prezidentliyə namizədlərin ilk teledebatı qalmaqallı oldu
SİYASƏT
21:51 17.09.2013
4612

İctimai Televiziyada (İTV) 9 oktyabr prezidnet seçkiləri çərçivəsində ilk teledebat keçirilib.

AZXEBER.COM xəbər verir ki, prezidentliyə iddialıların ilk televiziya çıxışlarında müxtəlif qarşılıqlı ittihamlar səsləndirilib. Debatda ilk çıxış edən prezidentliyə namizəd Zahid Oruc dövlətçilik məfhumu və ölkənin siyasi qüvvələrinin dövlətin möhkəmlənməsində roluna toxunub. Bu zaman diqqəti müxalifətin faydalı işlə məşğul olmadığına yönəldən Z.Oruc əks düşərgə mənsublarını tənqid edib. Prezidentiyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov hakim partiyanın bu prezidnet seçkilərinə “İlhamla irəli” şüarı ilə qatıldığını vurğulayıb. Bu şüarın 2008-ci ildə uğur gətirdiyini xatırladan Ə.Əhmədov qeyd olunan səbəbdən, 2013 seçkilərində də eyni şüardan istifadə etdiklərini deyib. YAP rəsmisi Azərbaycan xalqının müdrik qərarlar vermək imkanında olduğunu deyib. Ə.Əhmədov prezidentliyə namizəd C.Həsənlini əsassız ittihamlar irəli sürməkdə günahlandırıb. Prezidentliyə namizəd İqbal Ağazadə 5 il əvvəl eyni statusda olaraq, etdiyi müraciətini xatırladaraq, ölkədə ciddi dəyişikliyin olmadığını deyərək, hakimiyyəti tənqid edib. Növbəti çıxışçı, prezidentliyə namizəd İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mütəıllim Rəhimov president seçkilərinə əsas məqsədlərinin özlərinin timsalında yeni qüvvəni seçilərə təqdim etmək olduğunu deyib. Prezidentliyə namizəd Fərəc Quliyevin çıxışında əsas diqqət çəkən məqam Azərbaycan Neft Fondunun xaricdə saxlanılan vəsaitlərinin ölkəyə qaytarılması təklifi oldu. F.Quliyev ölkəni yaxşı mənada dəyişməkda maraqlı olduqlarını deyib. O, hər hansi siyasi qüvvənin hakimiyyətə gəlişinin xalqın iradəsindən asılı olduğunu bildirib. Prezidentliyə namizəd Araz Əlizadə ölkənin inkişafının ana, müəllim və hərbçilərdən asılı olduğunu deyərək, bu fikrini əsaslandırmağa çalışıb. Daha sonra Milli Şuranı və Cəmil Həsənlini tənqid edən A.Əlizadə öz fikirlərini konkret arqumentlərlə zənginləşdirib. C.Həsənlinin vaxtı bitəndən sonra studiyanı tərk etməsinə etiraz edən A.Əlizadə onu və Milli Şuradakı həmfikirlərini “qaçan qəhrəmanlar” adlandırıb. Prezident seçkilərində 3-cü dəfə iştirak etdiyini bildirən Hafiz Hacıyev çıxışında milli hakimiyyət və milli müxalifət məsələsinə toxunub. Müxalifətin Milli Şurada birləşən hissəsini tənqid edən H.Hacıyev həmin qüvvələrin xalqdan dəstək ala bilmədikləri üçün xarici qüvvələrə yarındıqlarını deyib. O, müxalifətin həmin cinahını şəxsi maraqları naminə ermənilərlə də yaxınlıq etdiyini bildirib. Sərdar Cəlaloğlu isə çıxışında müxalifətin hakimiyyətə, hakimiyyətin isə müxalifətə yol göstərməsindən danışıb. S.Cəlaloğlu daha sonra müxalifəti tənqid etmiş M.Rəhimovun fikirləri ilə razılaşmayayaq, onun sözlərinə etiraz edib. Prezidentliyə namizəd Qüdrət Həsənquliyev diqqəti ölkədə konstitusion islahatların vacibliyinə yönəldib. O. parlament respublikası modelinin Azərbaycan üçün daha məqbul olduğunu bildirib. Çıxışışnın davamında C.Həsənlinin kitabından sitat oxuyan Q.Həsənquliyev onun vaxtilə mövcud hakimiyyəti dəstəklədiyini diqqətə çatdırıb. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli isə çıxışını hakimiyyətin tənqidi üzərində qurub və vaxti bitdikdən sonra studiyanı tərk edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq