Prezidentliyə namizədlərin sayı yeddi nəfər oldu

SİYASƏT
00:29 12.08.2013
2035

Bir neçə prezidentliyə namizədin sənədləri qaydada olmadığından, namizədliklərinə növbəti iclaslarda baxılacaq

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən iclasında Azadlıq Partiyasından Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürən Əhməd Abdul oğlu Orucovun namizədliyini irəli sürüb. İclasda həm də Azadlıq Partiyasının səlahiyyətli nümayəndəsinin qeydə alınması məsələsinə baxılıb. MSK sədri Məzahir Pənahov Sosial-Demokrat Partiyasından Araz Əlizadənin də prezident seçkilərinə namizəliyinin daxil olduğunu deyib. Lakin onun və digər namizədlərin sənədlərinin tam qaydada olmadığından, namizədliklərinə növbəti iclaslarda baxılmasına qərar verilib. Beləliklə, sənədlərini təqdim edən prezidentliyə namizədlərin sayı yeddi nəfər oldu. Onlar, YAP sədri, Prezident İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (Altay), Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə və namizədliyi yeni təqdim edilən sosial-Demokratlar Partiyasından Araz Əlizadədir. Xatırladaq ki, keçən iclasda İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi səsvermə ilə rəsmi təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR