Priqojinin məzarından - FOTOLAR

Priqojinin məzarından - FOTOLAR
DÜNYA
10:56 30.08.2023
590
"Vaqner” döyüşçülərinin rəhbəri Yevgeni Priqojin Sankt-Peterburqdakı Poroxov qəbiristanlığında gizli formada dəfn edilib. 

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, dəfn mərasimində Priqojinin yalnız qohumları və ən yaxın dostları iştirak edib. Bu barədə məlumat "Vaqner”in mətbuat xidməti açıqlayıb.

Mərasimin qapalı formada keçirildiyi, vidalaşmaq istəyənlərin Poroxov qəbiristanlığını ziyarət edə biləcəyi bildirilib. 

Qeyd edək ki, avqustun 23-də qəzaya uğrayan təyyarədə tapılan 10 cəsədin genetik analizindən sonra 62 yaşlı Priqojinin ölüm xəbəri Rusiya hakimiyyəti tərəfindən təsdiqlənib.

Şəbnəm

 

 

OXŞAR XƏBƏRLƏR