Priqojin ölməyib? - Ona məxsus pasport və foto yayıldı

Priqojin ölməyib? - Ona məxsus pasport və foto yayıldı
DÜNYA
13:38 30.08.2023
730
Rusiyada "sui-qəsd nəzəriyyələri” ilə tanınan politoloq Valeri Solovey "Vaqner”in lideri Andrey Priqojin haqqında qalmaqallı iddia ilə çıxış edib.
 
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Priqojinin ölmədiyini, təyyarə qəzasında dublyordan istifadə etdiyini bildirən Solovey, Priqojinin qisas ala biləcəyini bildirib.
 
Sosial şəbəkələrdə Priqojinin dublyoruna aid olduğu bildirilən pasportlar və şəkillər də bu iddianı gücləndirib. 
 
Solovey bildirib ki, Rusiya səlahiyyətliləri Priqojinin DNT-sini dağıntılar altında tapmayıb. Təyyarə də içəridən partlamayıb.

Priqojinin Afrika və Yaxın Şərqdə yaşadığı, tez-tez parik və saxta saqqal taxdığı xatırladılıb. Rusiyada geniş istifadə olunan sosial şəbəkə platforması Telegram-da aparılan sorğuda respondentlərin 38 faizi Priqojinin hələ də sağ olduğunu düşünür.
 
Xatırladaq ki, Priqojin muzdlu döyüşçüləri ilə iyunun 24-də Rusiya hökumətinə qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Mikayıl
 

 

 


OXŞAR XƏBƏRLƏR