"Priqojin Rusiyanın Ukraynaya qarşı yeni əməliyyatına başçılıq edə bilər"

"Priqojin Rusiyanın Ukraynaya qarşı yeni əməliyyatına başçılıq edə bilər"
DÜNYA
18:35 25.06.2023
265
""Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiyanın Belarus ərazisindən Ukraynaya yeni hücumuna rəhbərlik edə bilər”.

Bunu Böyük Britaniya Baş Qərargahının keçmiş rəisi, general Riçard Dannat bildirib.

O söyləyib ki, "Vaqner”in başçısının Belarusa getməsi faktı müəyyən narahatlıqlar yaradır.

General qeyd edib ki, Y.Priqojinin ətrafında döyüşə hazır qüvvələr saxlaması Kiyevə ən yaxın olan Ukrayna cinahı üçün yenidən təhlükə yaradacaq.
OXŞAR XƏBƏRLƏR