Priqojinin meyitini morqdan oğurlayıblar?

Priqojinin meyitini morqdan oğurlayıblar?
DÜNYA
15:49 26.08.2023
323
Avqustun 23-də Tver vilayətində özəl təyyarəsinin partlaması nəticəsində həlak olan "Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin meyiti dünən səhərçağı regional məhkəmə-tibb ekspertizası bürosunun morquna yerləşdirilib.

Amma bir qədər sonra məlumat yayılıb ki, Priqojinin cəsədi oğurlanıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, dəfn mərasimləri üzrə agentlik isə bu xəbəri inkar edib.

"Heç kim onu oğurlamayıb. Meyiti oradan oğurlaya bilməzlər, belə şayiələrə inanmayın”, - deyə agentlikdən bildirilib.

Tver vilayətinin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də meyitin morqdan oğurlanmasının mümkün olmadığı vurğulanıb.
"Axmaq şayiələrdir, bizə belə bir məlumat daxil olmayıb. Ölülərlə bağlı bütün məsələlərə İstintaq Komitəsi baxır, amma düzünü deyim ki, bizə buna görə heç kim zəng vurmur, nəsə soruşmur”, - qurumun səlahiyyətlisi deyib.
Bundan öncə "Mash” "Telegram” kanalı məlumat yaymışdı ki, telefon dələduzları müntəzəm olaraq Tver polisinə zəng edərək Priqojinin meyitinin morqdan yoxa çıxdığını deyirlər.

"Son iki gündə polis idarələrinə tez-tez zəng vuraraq guya yerli morqun patoloqoanatomlarının danışdıqları əhvalatı deyirlər. Guya həkim 20 dəqiqəlik harasa çıxıb, qayıdanda isə Priqojinin meyitinin yoxa çıxdığını görüb. Kameraları isə guya oğrular öncədən sındırıblar”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, təyyarədə Priqojinlə yanaşı, onun sağ əli Dmitri Utkin, beş sərnişin və ekipaj üzvləri olub. Fövqəladə Hallar Xidmətindən bildirilib ki, təyyarədə olanların onu da həlak olub. Onların meyitləri isə avqustun 25-i səhərçağı Tver Məhkəmə-Tibbi Ekspertiza Bürosunun morquna gətirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR