Priqojinin son videosu ortaya çıxdı - VİDEO

Priqojinin son videosu ortaya çıxdı - VİDEO
DÜNYA
11:39 01.09.2023
586
Rusiya hakimiyyətinə qarşı çıxandan iki ay sonra müəmmalı şəkildə dünyasını dəyişən Vaqner lideri Yevgeni Priqojinin son videosu ortaya çıxıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyada hakimiyyətə qarşı üsyandan iki ay sonra təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən muzdlu "Vaqner” qrupunun lideri Yevgeni Priqojinin son videosu yayılıb.

Bildirilib ki, görüntülər Afrikada "Vaqner” liderinin ölümündən bir neçə gün əvvəl çəkilib. "Vaqner”in "Telegram” kanalında yerləşdirilən videoda Priqojin sağlamlığı ilə bağlı şayiələr və təhlükəsizliyinə təhdidlərdən danışır.

Videoda hərəkətdə olan avtomobildə olan və hərbi geyim geyinən Priqojin "Mənim sağ olub-olmadığımı, necə olduğumu müzakirə edənlər üçün. Hal-hazırda həftə sonu, 2023-cü il avqustun ikinci yarısında Afrikadayam. Məni aradan götürmək, şəxsi həyatım, qazandığım pul və ya başqa bir şey haqqında danışmaq istəyənlər üçün deyim ki, hər şey qaydasındadır”.

Qeyd olunub ki, video Priqojinin təyyarəsinin avqustun 23-də Moskvanın şimalında qəzaya uğramasından 3-4 gün əvvəl çəkilmiş ola bilər. 

Ayşən