"Problem bizdə deyil, "Liverpul"dadır" - Qvardiola

"Problem bizdə deyil, "Liverpul"dadır" - Qvardiola
İDMAN
22:40 22.12.2019
1478
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının Premyer Liqadakı çıxışı haqda danışıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "Marca"ya açıqlamasında deyib ki, əsas problemləri Premyer Liqada "Liverpul" kimi rəqiblərinin olmasıdır:

"La Liqanın lideri olan "Barselona"dan cəmi 1 xal arxadayıq. Problem ondadır ki, bizim çempionatda 17 oyundan 16-da qalib gələn və bir heç-heçə edən komanda var - "Liverpul". Onları təbrik edirəm. Matçlarda uduzub, xal itiririk, amma heç vaxt oyun üslubumuza xəyanət etmirik".
 
Qeyd edək ki, "şəhərlilər" hazırda Premyer Liqanın turnir cədvəlində 38 xalla 3-cü pillədədir. Lider "Liverpul"un isə 49 xalı var.
OXŞAR XƏBƏRLƏR