Avropa Şurasının baş katibi Torbörn Yaqlandın Britaniyanın «The Guardian» qəzetində Azərbaycanda insan haqlarının vəziyyətinə dair məqaləsi dərc olunub.
MəqalədəAzərbaycanda insan hüquq və azadlıqları ilə bağlı məsələlərlə əlaqədar baş katibin fikirləri yer alıb. Baş katib mövqeyini açıqlayarkən Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar tənqidi fikirlər səsləndirib.
Sözügedən məsələ ilə bağlı AZXEBER.COM-a danışan İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirdi ki, Yanqland baş katib kimi çıxış edib: “Amma hesab edirəm ki, belə açıqlamalar İşçi Qrupun işinə təsir etməməlidir. İşçi Qrup öz işinə davam edəcək. Biz artıq İşçi Qrup daxilində öz addımlarımızı atırıq və ilk uğurlar da var. Biz bütün dünyaya göstərəcəyik ki, Azərbaycanda olan problemlərimizi ölkə daxilində həll edəcəyik. Hazırda İşçi Qrupda yalnız 2 tərəf – hökumət, parlament nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri əyləşməyib. Qrupda həm də Avropa Şurasının siyasi məsələlər üzrə şöbənin müdiri Alexandr Gessel də fəaliyyət göstərir. Bu isə o deməkdir ki, Avropa Şurası da bu qrupun fəaliyyətinin effektiv olmasında ən azı bizim qədər maraqlıdır”.
Avropa Şurası ilə ikitərəfli əməkdaşlıqla bağlı məsələlərdən danışan müsahibimiz sözlərinə bunları əlavə edib: “Biz daim Avropa Şurası ilə əməkdaşlıq edirik, işgüzar əlaqələrimiz hər zaman olub və bu gün də davam etməkdədir. Təbii ki, hər zaman olduğu kimi, xaricdə və daxildə olan bəzi qüvvələr əleyhimizə iş aparacaqlar. Amma biz işimizə davam edəcəyik”.
Azxeber.com