Problemli kreditlərin həcmi bir az da artdı

Problemli kreditlərin həcmi bir az da artdı
SOSİAL
17:14 10.03.2017
913

2017-ci il fevralın 1-nə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 633,1 mln. manat təşkil edib. 

APA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, illik müqayisədə 318,5 mln. manat və ya 24,2% çoxdur.

İlin əvvəli ilə müqayisədə isə yanvarda problemli kreditlərin həcmi 160,5 mln. manat və ya 10,9% artıb.

Problemli kreditlərin iqtisadiyyata kredit qoyuluşlarında payı 9,8% təşkil edir. Ötən ilin sonuna bu göstərici 9% idi.


OXŞAR XƏBƏRLƏR