Problemli kreditlərinin həlli ilə bağlı Nikoil Bank tərəfindən ilkin tədbirlər görüldü

Problemli kreditlərinin həlli ilə bağlı Nikoil Bank tərəfindən ilkin tədbirlər görüldü
İQTİSADİYYAT
18:02 04.03.2019
5853
28 Fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar Nikoil Bank tərəfindən ilkin tədbirlər görüldü

AZXEBER.COM xəbər verir ki, vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə dövlət tərəfindən çoxsaylı islahatlar həyata keçirilir. Bu sosial islahatlardan biri də 28 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalanması olmuşdur. Şübhəsiz ki, Fərman Prezidentimizin devalvasiyadan zərər çəkmiş insanlara misilsiz dəstəyidir və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş qərardır. Cənab Prezidentin inqilabi Fərmanı nəinki əhaliyə, həmçinin ölkənin iqtisadiyyatı və bank sektoru üçün də böyük dəstəkdir və bilavasitəvətəndaşlarla banklar arasında etimadın güclənməsinə təsir edir.

İlk növbədə bildirmək istərdik ki, Fərmanın icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.

Eyni zamanda, Fərmanın icrası ilə əlaqədar görülən tədbirləri dəstəkləmək məqsədilə Nikoil Bank tərəfindən ilkin tədbirlər görülmüşdür.

Belə ki, 4 mart 2019-cu il tarixində Bankın Baş İdarəsində görüş keçirilmiş və Fərmanın icrası ilə bağlı tədbirləri dəstəkləmək və Bankla koordinasiyasını təmin etmək məqsədi ilə müvafiq işçi qrupu yaradılmışdır. Həmçinin, Bankın müştərilərinin Fərmanın icrası ilə bağlı suallarının Banka ünvanlanmasını və araşdırılmasını sadələşdirmək, habelə müştərilərin rahatlığını təmin etmək məqsədilə [email protected] elektron poçt ünvanının yaradılması qərara alınmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan elektron poçt ünvanı 4 fevral 2019-cu il tarixindən etibarən müştərilərin müraciətlərini qəbul etməyə hazırdır.

NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl filial şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətlərini təklif edir. Bankın bütün məhsul, aksiya və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada helikopter qəza enişi etdi
17:54 27.06.2025
Rusiyada helikopter qəza enişi etdi
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...