Prodüser azərbaycanlı müğənniyə 13 min dollar "atıb"?

Prodüser azərbaycanlı müğənniyə 13 min dollar "atıb"?
ŞOU-BİZNES
12:35 14.12.2011
2476

Populyar müğənni Sevinc Ağaşirinova ANS-in "Günəbaxan" verilişində ilk prodüserinin onun başına açdığı oyundan danışıb.

AZXEBER.COM-un  Day.Az saytına istinadən verdiyi məlumata görə, o, həmin şəxs tərəfindən aldadıldığını söyləyib: "Prodüser mənə müraciət edərək "Oskar prodakşn"ın rəhbəri olduğunu bildirmişdi. Sən demə, belə qurum mövcud deyilmiş. O, bildirdi ki, indiyədək Azərbaycanda heç kimin etmədiyini edəcək. Müğənniyəm və mənimçün vacib olanı işdir. O, sənədləri, müqaviləni göstərərək məni inandırdı və buna görə ona pul ödədim - 13 min 600 manat. Bəzi işləri gördü, amma qəflətən yoxa çıxdı, telefonunu isə söndürdü".S.Ağaşirinova bildirib ki, baş verənlərlə əlaqədar məhkəməyə müraciət edib və məhkəmə borcun qaytarılmalı olduğuna dair qərar çıxarıb: "Amma onu tapmaq mümkün deyilsə, pulu necə qaytaracaq?"

OXŞAR XƏBƏRLƏR