Prodüser Zorik milyoner kişi oldu

MAQAZİN
14:20 24.10.2012
4062
Filmi tanınmış rejissor Zöhrab Ağayev çəkirAzərbaycanın tanınmış və qalmaqallı klipmeykeri Zöhrab Ağayev film çəkir.Rejissorun verdiyi məlumata görə, hal-hazırda “Sənsiz də yaşamaq olarmış” adlı film üzərində çalışır. Film Azərbaycanın çox tanınmış milyonçusunun həyatından bəhs edir. Rejissor sözügedən milyonçunun adını açıqlamasa da, film barədə danışdi: “Həmin şəxs qəti surətdə adının çəkilməsinə icazə vermir. Filmin ssenari müəllifi milyonçunun özünə məxsusdur. Artıq çəkilişlərə start verilib. Mənə elə gəlir ki, Azərbaycan teleməkanında, eləcə də kinosunda hələ belə bir film layihəsi olmayıb. Kinoya yarım milyondan artıq (500 000 AZN) vəsait ayrılıb. Çünki filmdə hellikopter çəkilişləri olacaq. Operatorundan tutmuş, işıqçılaradək bütün çəkiliş heyəti xaricdən gələcək. Kinonun çəkilişlərinin bir hissəsi İspaniyada aparılacaq”.Qeyd edək ki, filmdə milyonçunun Moskvada yaşayan Jalə adlı sevdiyi qız oynayacaq. Kinoda baş rolları o qızla və Zöhrab Ağayev oynayacaq. Zöhrab “Sənsiz də yaşamaq olarmış” filminin rejissoru olmaqla yanaşı baş rollardan biri olan “Psixoloq” obrazını yaradacaq.

OXŞAR XƏBƏRLƏR