Prodüser Zorik müğənnini döydü, avtomobilini əzdi

MAQAZİN
17:40 07.02.2013
1999

Prodüser Zöhrab Ağayev birlikdə çalışdığı müğənni Sultanı döyüb.

O, Axşam.az saytına açıqlamasında baş verən hadisəni belə şərh edib:

“Mənə söyüş söydü, keçə bilmədim. Onu əməlli-başlı döydüm, avtomobilini də əzdim. Bundan sonra onunla işbirliyimiz bitdi”.

Prodüserin sözlərinə görə, müğənni onu polisə şikayət edib:

“İndi məni həm 19-cu, həm də 22-ci polis bölməsinə şikayət edib. Ərizəsində yazıb ki, guya onu ölümlə hədələmişəm. Halbuki, mən ona hədə-qorxu gəlməmişəm. Amma bölmədə onu döydüyümü boynuma aldım”.

OXŞAR XƏBƏRLƏR