Tanınmış klipmeyker Zorikin (Zöhrab Ağayev) narkotik istifadəçisi olduğu barədə söz-söhbət gəzir. 1Xəbər.com-un məlumatına görə, şayiələrin yaranmasına səbəb rejissorun qısa müddətdə gözəçarpacaq qədər arıqlamasıdır. Hər kəs bir nəfər kimi onun mədəsini kiçiltmə əməliyyatı keçirtdiyini düşünürdü.165 kq-dan 90 kq-dək arıqlamağı bacaran Zorik heç bir əməliyyat etdirmədiyini açıqladıqdan sonra fikirlər dəyişdi. İndi bir çox insanlar onun narkotikin köməyilə arıqladığını deyir.Zorik həmişə olduğu kimi şayiələrə özünəməxsus reaksiya verdi: "Artıq barəmdə danışılan heç bir şayiəyə fikir vermirəm. Deyirlər, narkotiklə arıqlamışam? Mənə nə? Qoy, desinlər! İt hürər, karvan keçər. Hətta şahların, padşahların arxasınca danışıblar. 4 ay arıqlama dərmanı qəbul etmişəm. Reklam olmasın deyə, adını açıqlamıram, amma istəsəniz sizə deyərəm".Rejissor sualımızı cavablandırdıqdan sonra barəsində şayiə yazanlara mesaj göndərməyi unutmadı: "Bir var Koroğlu, bir də var kor kişinin oğlu. Mənə oxşamaq üçün gedib gözlərini çıxarsalar, Koroğlu olmayacaqlar, kor kişinin oğlu olacaqlar. Mənim kimi arıqlamaq istəsələr, gedib narkotik tərkibli maddələr qəbul edib özlərini pis günə qoymasınlar".