Professor: Maskanızda bu yoxdusa, demək ki, işə yaramır

SAĞLAMLIQ
16:12 25.08.2020
870
Türkiyəli professor Mehmet Ceyhan maska taxarkən nələrə diqqət etməli olduğumuza aydınlıq gətirib.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, Mehmet Ceyhan yay aylarında maska taxarkən daha diqqətli olmağı deyib: "Ağ rəngli klassik cərrahi maskalarının istifadəsi daha uyğundur. İstər kağız, istərsə də parça maskalar islandığı zaman özəlliyini itirir. İsti havalarda tərlədiyimiz zaman maskanın özəlliyini itirdiyini unutmamalıyıq".
 
Mehmet Ceyhan hansı maskaların daha keyfiyyətli olduğunu da deyib: "Maskanın üzərindəki dəliklərin daha kiçik olması məsləhətlidir. Dəliklər böyük olduğu zaman daha çox hava keçirər və bu da onun effektivliyini öldürər. Əgər maskada daha rahat nəfəs alıb veririksə, demək onun elə də önəmi yoxdur. Siz bütün gücünüzlə üfürdüyünüzdə maskanın şişməsi lazımdır. Əgər şişmirsə demək ki, maska işə yaramır".
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR